Vəzifə öhdəlikləri
- Satınalma komandasının gündəlik fəaliyyətinə, o cümlədən satınalma əməliyyatlarına, təchizatçılar və daxili sifarişçilərlə kommunikasiyaya, habelə satınalma sifarişlərinin (PO) koordinasiyasına nəzarət etmək;
- Materialların vaxtında təmin edilməsini təşkil etmək məqsədilə İstehsalat, Anbar, Logistika və Keyfiyyət şöbələri ilə koordinasiyalı şəkildə çalışmaq;
- Sərfiyyat materialları və xidmətlər üzrə rüblük tələbatın müəyyənləşdirilməsi və satınalma planlarının hazırlanmasını təmin etmək üçün Layihə rəhbəri ilə əməkdaşlıq etmək;
- Satınalma sənədlərinin, o cümlədən satınalma sifarişlərinin, müqavilələrin və təhvil-təslim sənədlərinin düzgün hazırlanmasını, qeydiyyatını, saxlanılmasını və vaxtında təqdim edilməsini təmin etmək;
- Təchizatçı hesab-fakturalarının və ödənişlərin vaxtında icrasını təmin etmək məqsədilə Mühasibatlıq şöbəsi ilə koordinasiyalı işləmək, bütün zəruri sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq;
- Sifarişlərin gecikməsi, miqdar uyğunsuzluqları və materialların keyfiyyəti ilə bağlı yaranan problemlərin təchizatçılar və müvafiq daxili şöbələrlə birgə həllini koordinasiya etmək, bu barədə birbaşa rəhbərə məlumat vermək;
- Satınalma fəaliyyətinin nəticələri, təchizatçılarla əməkdaşlıq və daxili sifarişçilər tərəfindən qaldırılan əsas məsələlər barədə birbaşa rəhbərə həftəlik hesabatlar hazırlamaq və təqdim etmək;
- Satınalma fəaliyyətinin şirkətin daxili prosedurlarına və qüvvədə olan müvafiq tələblərə uyğun həyata keçirilməsini təmin etmək.
Tələblər
- Biznesin idarə edilməsi, Təchizat zəncirinin idarə edilməsi (Supply Chain Management), Satınalma və ya əlaqəli sahələr üzrə bakalavr təhsili;
- Satınalma sahəsində minimum 5 il rəhbər vəzifədə iş təcrübəsi;
- Satınalma komandalarının idarə edilməsi, gündəlik fəaliyyətin koordinasiyası və satınalma proseslərinə nəzarət sahəsində təcrübə;
- Güclü danışıqlar aparmaq, təchizatçılarla münasibətləri idarə etmək və müqavilələrlə işləmək bacarığı;
- Satınalma sistemləri (ERP) və Microsoft Office proqramları üzrə biliklər;
- Güclü kommunikasiya, təşkilatçılıq və analitik düşünmə bacarıqları;
- Müstəqil işləmək, bir neçə tapşırığı prioritetləşdirmək və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı;
- İngilis dili üzrə yüksək səviyyədə bilik;
- Satınalma sahəsi üzrə müvafiq peşəkar sertifikatların olması üstünlükdür.
İş yeri və iş şəraiti
- İş yeri: Azərbaycan Respublikası, Gədəbəy;
- İş qrafiki: Növbəli iş rejimi;
- Tibbi sığorta;
- Şirkət tərəfindən yemək və yaşayış yeri ilə təminat;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları.
