Vəzifə öhdəlikləri
- Mexaniki texniki xidmət və təmir fəaliyyətlərinin planlaşdırılması və koordinasiyasında iştirak etmək;
- Zavod və istehsalat avadanlıqlarının etibarlı, təhlükəsiz və səmərəli istismarına nəzarət etmək;
- Profilaktik və proqnozlaşdırıcı texniki xidmət proqramlarının həyata keçirilməsində iştirak etmək;
- Təmir, əsaslı təmir, avadanlıq yenilənməsi və modernizasiya işlərinin planlaşdırılması və koordinasiyasında iştirak etmək;
- Mexaniki avadanlıqların texniki vəziyyətini, performansını və texniki xidmət KPI-larını izləmək və təhlil etmək;
- Avadanlıqlarda baş verən nasazlıqları araşdırmaq, kök səbəb analizlərinin aparılmasında iştirak etmək və düzəldici tədbirlərin həyata keçirilməsini izləmək;
- Texniki xidmət planlarının və iş qrafiklərinin hazırlanmasına və icrasına dəstək olmaq;
- Texniki xidmət işlərinin yerinə yetirilməsini koordinasiya etmək və icrasına nəzarət etmək;
- Ehtiyat hissələri, materiallar və digər texniki resurslara olan tələbatı müəyyənləşdirmək və onların təmin olunmasını koordinasiya etmək;
- Texniki xidmət büdcəsinin hazırlanmasına və xərclərin izlənilməsinə dəstək olmaq;
- Mühəndislik çertyojlarını, texniki spesifikasiyaları və avadanlıq təlimatlarını oxumaq və şərh etmək;
- Mexaniki avadanlıqlar və texniki xidmət fəaliyyətləri üzrə texniki hesabatlar hazırlamaq;
- Texniki xidmət və təmir işlərinin şirkət standartlarına, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit tələblərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Texniki problemlərin həlli və avadanlıqların performansının yaxşılaşdırılması üçün aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək.
Tələblər
- Mexanika mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə bakalavr dərəcəsi;
- Mexanika mühəndisliyi, texniki xidmət və ya avadanlıqların etibarlılığı sahəsində minimum 5 il iş təcrübəsi;
- Sənaye avadanlıqlarının texniki xidməti, təmiri və istismarı üzrə təcrübə;
- Mexaniki sistemlər, fırlanan avadanlıqlar, nasoslar, kompressorlar, reduktorlar, konveyerlər, hidravlik və pnevmatik sistemlər üzrə yaxşı texniki biliklər;
- Profilaktik və proqnozlaşdırıcı texniki xidmət prinsipləri üzrə biliklər;
- Nasazlıqların araşdırılması, problemlərin həlli və kök səbəb analizinin aparılması üzrə bacarıqlar;
- Texniki xidmətin planlaşdırılması və iş qrafiklərinin hazırlanması üzrə təcrübə;
- Mühəndislik çertyojlarını, texniki spesifikasiyaları və avadanlıq təlimatlarını oxuma və şərh etmə bacarığı;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit standartları üzrə biliklər;
- Texniki hesabatların hazırlanması və sənədləşdirmə bacarığı;
- Microsoft Office proqramları ilə yaxşı istifadə bacarığı;
- ERP sistemləri ilə işləmə bacarığı;
- Namizədlərin yaxın bölgələrdən olması arzuolunandır;
- İngilis dili biliyi arzuolunandır.
İş şəraiti və şərtləri
- İş yeri: Gədəbəy, Azərbaycan
- İş qrafiki: Növbəli iş qrafiki
- Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir
- Tibbi sığorta
