Vəzifə öhdəlikləri

  • Mədən sahələrində mütəmadi ekoloji monitorinqlər və yoxlamalar həyata keçirmək;
  • Şirkətin ekoloji qanunvericiliyə, normativ tələblərə və ekoloji icazələrin şərtlərinə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;
  • Torpaq, yerüstü və yeraltı sular, atmosfer havasının keyfiyyəti və tullantıların idarə olunması üzrə monitorinqlər aparmaq;
  • Ekoloji riskləri müəyyən etmək, uyğunsuzluqları aşkar etmək, onların azaldılması və aradan qaldırılması üçün müvafiq tədbirlər təklif etmək;
  • Daxili və xarici ekoloji auditlərdə iştirak etmək;
  • Rekultivasiya, eroziyaya qarşı mübarizə, ətraf mühitin bərpası və mühafizəsi ilə bağlı fəaliyyətlərə nəzarət etmək;
  • Toplanmış ekoloji məlumatları qeydə almaq, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
  • Ekoloji insidentlərin araşdırılmasında və zərurət yarandıqda fövqəladə hallara cavab tədbirlərində iştirak etmək;
  • Topoqrafik xəritələri, mühəndis çertyojlarını, kəsikləri və müvafiq icazə sənədlərini təhlil etmək;
  • Ətraf mühitin mühafizəsi ilə bağlı şirkətdaxili prosedur və qaydalara riayət olunmasına dəstək göstərmək.

Tələblər

  • Təbiət və ya tətbiqi elmlər, Ekologiya, Ekologiya mühəndisliyi, Mədən mühəndisliyi, Geologiya, Hidrometeorologiya, Aqronomluq, Meşəçilik, Biologiya, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası (HSE) və ya digər əlaqəli sahələr üzrə bakalavr təhsili;
  • Ətraf mühitin mühafizəsi, ekoloji idarəetmə, ekoloji monitorinq və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi;
  • Mədən sənayesinə tətbiq olunan ekoloji qanunvericilik və ətraf mühitin mühafizəsi üzrə tələblər haqqında biliklər;
  • Ekoloji monitorinq, yoxlamalar, auditlər və uyğunluğun qiymətləndirilməsi prosesləri barədə anlayış;
  • Eroziyaya qarşı mübarizə, rekultivasiya, yerüstü və yeraltı suların mühafizəsi üzrə biliklər;
  • Topoqrafik xəritələri, mühəndis planlarını və texniki sənədləri oxumaq və şərh etmək bacarığı;
  • Güclü analitik düşünmə, problem həll etmə və hesabat hazırlama bacarıqları;
  • MS Office proqramları üzrə biliklər;
  • Google Earth, QGIS proqramları və ekoloji monitorinq avadanlıqları ilə iş təcrübəsi üstünlükdür;
  • İngilis dili biliyi üstünlükdür.


İş yeri və iş şəraiti

  • İş yeri: Ağdərə, Azərbaycan
  • İş qrafiki: Növbəli iş rejimi;
  • Tibbi sığorta;
  • Şirkət tərəfindən yemək və yaşayış yeri ilə təminat.