Təhsil, AIMC-nin icma inkişafı təşəbbüslərinin əsas mərkəzində yer alır. Şirkət 2011-ci ildə yerli icma üçün pulsuz kompüter dərsləri təşkil etməyə başlamış, 2013-cü ildə isə ingilis dili kurslarını təqdim edib. Xüsusilə ingilis dili dərsləri, Gadabay gəncləri tərəfindən böyük həvəs və maraqla qarşılanıb. Bu günə qədər, AIMC-nin təhsil proqramlarından 800-dən çox tələbə faydalanıb.
Hər il AIMC, yerli məktəblərə davamlı dəstəyinin bir hissəsi olaraq, birinci sinif şagirdlərinə məktəbli paltarları təqdim edir. Bundan əlavə, şirkət aşağı gəlirli ailələrdən olan universitet tələbələrinin təhsil haqqını ödəyərək, ödənişli təhsil proqramlarında təhsil alan tələbələrə dəstək olur. AIMC həmçinin gənc nəsilin üfüqlərini genişləndirmək məqsədilə intellektual yarışmalar və gənclər inkişafı fəaliyyətlərini dəstəkləyir.
