Vəzifə öhdəlikləri:
- Topoqraf və geodeziya mütəxəssislərinə sahə və kameral işlərin həyata keçirilməsində dəstək göstərilməsi;
- Sahə ölçmə işlərində iştirak edilməsi və ölçmə nəticələrinin toplanmasına dəstək göstərilməsi;
- GPS, elektron taxeometr və digər geodeziya avadanlıqlarından düzgün istifadə üzrə işlərin yerinə yetirilməsi;
- Ölçmə nəticələrinin ilkin işlənməsi, məlumatların sistemləşdirilməsi və qeydiyyatının aparılması;
- Topoqrafik plan, xəritə və sxemlərin hazırlanması və yenilənməsi işlərində iştirak edilməsi;
- Layihələrin icrası üçün tələb olunan topoqrafik və geodeziya məlumatlarının toplanması və sistemləşdirilməsi;
- Çöl və kameral işlər zamanı müəyyən edilmiş texniki tələblərə və təlimatlara riayət edilməsi;
- Geodeziya avadanlıqlarının düzgün istifadəsi, qorunması və qeydiyyatının aparılmasına dəstək göstərilməsi;
- Tikinti, mədən və mühəndislik layihələri üzrə topoqrafik işlərin həyata keçirilməsində iştirak edilməsi;
- Topoqraf tərəfindən verilən digər tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.
Tələblər:
- Topoqrafiya, geodeziya, yerquruluşu, mədən mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür, lakin vacib deyil;
- Geodeziya ölçmə metodları və topoqrafik işlər üzrə ilkin nəzəri biliklər;
- GPS, elektron taxeometr və digər geodeziya avadanlıqları ilə işləməyə maraq və öyrənmək istəyi;
- MS Office proqramlarından istifadə bacarığı;
- AutoCAD, Surpac, Micromine və digər müvafiq proqramlar üzrə ilkin biliklərin olması üstünlükdür;
- GPS sistemləri, elektron taxeometr, lazer skaner və dron texnologiyaları ilə bağlı bilik və ya sertifikatların olması üstünlükdür;
- Komandada işləmək, öyrənməyə və inkişaf etməyə həvəs.
İş şəraiti və şərtləri:
- İş yeri: Gədəbəy
- İş qrafiki: Növbəli rejim
Biz təklif edirik?
- Gədəbəy sahələri üzrə yaşayış və qidalanma təminatı;
- Tibbi sığorta;
- Rəqabətqabiliyyətli əməkhaqqı
