Əsas vəzifə öhdəlikləri

  • Gündəlik satınalma fəaliyyətlərini idarə etmək, o cümlədən satınalma sorğularını hazırlamaq, təchizatçıları araşdırmaq və satınalma sifarişlərini yerləşdirmək;
  • Təchizatçılarla ünsiyyət və danışıqlar aparmaq, kommersiya təklifləri əldə etmək, qiymətləri və kommersiya şərtlərini müqayisə etmək;
  • Tələb olunan material və xidmətlərin vaxtında təmin edilməsini təmin etmək məqsədilə İstehsalat, Anbar, Logistika və Keyfiyyət departamentləri ilə sıx əməkdaşlıq etmək;
  • Son istifadəçilər tərəfindən təqdim edilmiş satınalma sorğularını nəzərdən keçirmək və emal etmək, müvafiq satınalma proseslərinin vaxtında icrasını təmin etmək;
  • Satınalma sifarişlərini (PO) hazırlamaq, emal etmək və satınalma prosesi boyunca onların icrasına nəzarət etmək;
  • İstehlak materialları və xidmətlərə olan tələbat üzrə rüblük proqnozların hazırlanmasında Layihə Meneceri ilə əməkdaşlıq etmək;
  • Satınalma sifarişləri, müqavilələr, təhvil-təslim sənədləri və digər əlaqəli sənədlər daxil olmaqla, satınalma sənədlərinin düzgün hazırlanmasını, saxlanılmasını və müvafiq qaydada arxivləşdirilməsini təmin etmək;
  • Tam və düzgün sənədləşməni təmin etməklə təchizatçı hesab-fakturalarının vaxtında emalı və ödənişlərin həyata keçirilməsi məqsədilə Mühasibatlıq komandası ilə sıx əməkdaşlıq etmək;
  • Çatdırılmada gecikmələr, kəmiyyət uyğunsuzluqları, məhsul və ya xidmətlərin keyfiyyəti ilə bağlı məsələlər daxil olmaqla, satınalma ilə əlaqədar problemləri araşdırmaq və həll etmək, zəruri hallarda kritik məsələləri aidiyyəti rəhbərə eskalasiya etmək;
  • Təchizatçıların fəaliyyətini, sifarişlərin statusunu və çatdırılma müddətlərini izləmək;
  • Satınalma fəaliyyətləri, təchizatçıların fəaliyyəti, sifarişlərin statusu və son istifadəçilər tərəfindən qaldırılmış əsas məsələləri əhatə edən həftəlik satınalma hesabatlarını hazırlamaq;
  • Şirkətin satınalma siyasət və prosedurlarına, habelə tətbiq olunan tələblərə riayət olunmasını təmin etmək;
  • ERP və digər müvafiq sistemlərdə satınalma üzrə məlumat və qeydlərin dəqiq və aktual şəkildə aparılmasını təmin etmək.

Tələblər və kvalifikasiya

  • Biznesin idarə edilməsi, Təchizat Zəncirinin İdarə Edilməsi, Satınalma və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Satınalma sahəsində ən azı 2 il müvafiq iş təcrübəsi; mədənçıxarma, istehsalat və ya sənaye sektorunda iş təcrübəsinə üstünlük verilir;
  • Peşəkar satınalma sertifikatlarının olması üstünlükdür;
  • Güclü danışıqlar aparmaq, təchizatçıların idarə edilməsi və müqavilələrin administrasiyası bacarıqları;
  • Satınalma və ERP sistemlərindən (məsələn, Sage, Oracle və ya digər ERP platformaları) istifadə bacarığı;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək kommunikasiya, təşkilatçılıq, analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Dinamik və operativ iş mühitində səmərəli işləmək bacarığı;
  • İngilis dilini səlis bilmək tələb olunur;
  • Rus dilini bilmək üstünlükdür.

İş yeri və iş şəraiti

  • İş yeri: Gədəbəy, Azərbaycan
  • İş qrafiki: Növbəli iş qrafiki
  • Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.