Vəzifə öhdəlikləri

  • Şirkətin əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit üzrə siyasət və prosedurlarına riayət olunmasını təmin etmək, tabeliyində olan əməkdaşlar arasında bu tələblərin tətbiqinə nəzarət etmək;
  • Təhlükəsizlik və ətraf mühitlə bağlı risk və təhlükələri minimuma endirmək, risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması mədəniyyətini təşviq etmək;
  • İstehsalat heyəti ilə mütəmadi əməkdaşlıq edərək misin çıxarılma göstəricilərini optimallaşdırmaq, emal həcmini artırmaq və istehsalat xərclərini minimuma endirmək məqsədilə texnoloji parametrlərin tənzimlənməsini təmin etmək;
  • Mis balansı (Cu Reconciliation), kütlə balansı (Mass Balance), filizlərin qarışdırılması (Ore Blending), su balansı (Water Balance), reagentlərin dozalanması, nümunəgötürmə rejimləri və üyüdücü materiallarla bağlı metallurgiya sistemlərinin, siyasət və prosedurlarının tətbiqinə və davamlı təkmilləşdirilməsinə rəhbərlik etmək;
  • Dəyişən filiz tiplərinə uyğun olaraq emal parametrlərinin optimallaşdırılması və misin çıxarılma göstəricilərinin artırılması məqsədilə metallurgiya sınaq proqramlarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • Yeni metallurgiya proseslərini və texnologiyalarını araşdırmaq, qiymətləndirmək və istehsalat proseslərinə tətbiqini təmin etmək;
  • Metallurgiya komandasının idarə edilməsini, əməkdaşların mentorluğunu və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək;
  • Tabeliyində olan əməkdaşların işə qəbul prosesində iştirak etmək;
  • Reagent və istehlak materiallarının sərfiyyat normalarını müəyyən etmək, büdcə və proqnozların hazırlanması üçün dəqiq məlumatların təqdim edilməsini təmin etmək;
  • İstehsalat xərclərinin azaldılması və proseslərin səmərəliliyinin artırılması məqsədilə tədbirlər hazırlamaq və həyata keçirmək;
  • Material və ehtiyat hissələrindən səmərəli istifadə olunmasına nəzarət etmək;
  • Metallurgiya əməkdaşları üçün təlim planı hazırlamaq və həyata keçirmək, əlavə təlim ehtiyaclarını müəyyənləşdirmək;
  • Metallurgiya üzrə gələcək rəhbər kadrların hazırlanması məqsədilə əməkdaşlara mentorluq etmək;
  • Gündəlik, həftəlik və aylıq metallurgiya göstəriciləri üzrə hesabatların hazırlanmasını təmin etmək;
  • Metallurgiya məlumat bazasının düzgünlüyünə və bütövlüyünə nəzarət etmək.

 

Tələblər

  • Metallurgiya ixtisaslaşması üzrə Metallurgiya, Kimya və ya Mədən mühəndisliyi sahəsində ali təhsil; magistr və ya doktorantura dərəcəsi üstünlükdür;
  • Mədən sənayesində, xüsusilə faydalı qazıntıların emalı müəssisələrində minimum 10 il iş təcrübəsi;
  • Senior Metallurgist və ya analoji vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Mis filizinin emalı və zənginləşdirilməsi prosesləri üzrə geniş texniki bilik və praktiki təcrübə;
  • Metallurgiya proseslərinin optimallaşdırılması, texnoloji göstəricilərin təhlili və misin çıxarılma səviyyəsinin artırılması üzrə təcrübə;
  • Kütlə balansı, su balansı, filizlərin qarışdırılması, reagent sərfiyyatı və nümunəgötürmə prosesləri üzrə biliklər;
  • Metallurgiya sınaqlarının planlaşdırılması, təşkili və nəticələrinin təhlili üzrə təcrübə;
  • İstehsalat xərclərinin idarə edilməsi, büdcələşdirmə və resurslardan səmərəli istifadə üzrə biliklər;
  • Microsoft Office proqramları paketindən sərbəst istifadə bacarığı; Microsoft Access və SQL biliklərinin olması üstünlükdür;
  • İngilis dilini sərbəst səviyyədə bilmək;
  • Güclü təşkilatçılıq, planlaşdırma, analitik düşünmə və qərarvermə bacarıqları;
  • Komandanı idarə etmək, əməkdaşlara mentorluq etmək və münaqişələri idarə etmək bacarığı.

İş yeri və şəraiti

  • İş yeri: Ağdərə, Azərbaycan
  • İş qrafiki: Növbəli iş rejimi;
  • Tibbi sığorta;
  • Şirkət tərəfindən yemək və yaşayış yeri ilə təminat.