Vəzifə öhdəlikləri

  • Filiz, konsentrat, məhlul, su və digər texnoloji nümunələri qəbul etmək, qeydiyyata almaq və analizə hazırlamaq;
  • Təsdiq edilmiş metodika və iş təlimatlarına uyğun kimyəvi analizləri və laboratoriya sınaqlarını aparmaq;
  • Laboratoriya avadanlıqlarından və ölçü cihazlarından düzgün və təhlükəsiz istifadə etmək;
  • Analiz nəticələrini qeyd etmək, laboratoriya jurnallarını və elektron məlumat bazalarını aparmaq;
  • Laboratoriya avadanlıqlarının, şüşə qabların və alətlərin təmizliyini və saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Kimyəvi maddə, reagent və sərf materiallarının saxlanılmasına və ehtiyatına nəzarət etmək;
  • Nümunələrin düzgün identifikasiyasını, etiketlənməsini və kontaminasiyadan qorunmasını təmin etmək;
  • Keyfiyyətə nəzarət nümunələrinin hazırlanmasında və analizində iştirak etmək;
  • Analiz nəticələrində uyğunsuzluq və avadanlıqlarda nasazlıq aşkar etdikdə rəhbərliyə məlumat vermək;
  • Qiymətli metalların və digər nümunələrin analizi üçün kimyəvi reagent və turşulardan istifadə etməklə nümunələri hazırlamaq;
  • Laboratoriyanın daxili prosedurlarına, keyfiyyətə nəzarət və təhlükəsizlik tələblərinə riayət etmək;
  • Növbəli iş prosesinin fasiləsizliyini təmin etmək məqsədilə komanda ilə əməkdaşlıq etmək.

 

Tələblər

  • Ali təhsil (Metallurgiya mühəndisliyi, Kimya mühəndisliyi, Mədən mühəndisliyi və ya əlaqəli mühəndislik sahələri üzrə);
  • Müvafiq sahə üzrə təcrübə arzuolunandır;
  • Kimyəvi analizlər, laboratoriya sınaqları və nümunələrin hazırlanması prinsipləri barədə biliklər;
  • Laboratoriya avadanlıqlarının (analitik tərəzi, qurutma və mufel sobaları, pH metr, titrləmə avadanlıqları, AAS, ICP, XRF və s.) istifadə prinsipləri barədə biliklər;
  • Laboratoriya analiz metodikaları və standart əməliyyat prosedurlarını tətbiq etmək bacarığı;
  • Kimyəvi maddələrlə təhlükəsiz işləmə, laboratoriya təhlükəsizliyi və keyfiyyətə nəzarət qaydaları barədə biliklər;
  • Azərbaycan dilini səlis bilmək, ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramları üzrə biliklər.

 

İş yeri və iş şəraiti

  • İş yeri: Gədəbəy, Azərbaycan;
  • İş qrafiki: Növbəli iş rejimi;
  • Tibbi sığorta;
  • Şirkət tərəfindən yemək və yaşayış yeri ilə təminat.