Stephen Westhead

Stiven Vesthed

Mədən və Geologiya üzrə Vitse-Prezident

Dr. Stiven Uesthed 34 ildən artıq təcrübəyə malik geoloqdur və 2016-cı ilin aprel ayında AIMC-yə qoşulmuşdur. O, kəşfiyyat, hasilat geologiyası və mədənçilik sahələrinə nəzarət edir.
Stiven Hindistan, MDB ölkələri, Şərqi Avropa və Rusiyada çalışmışdır. Əvvəllər o, Polyus Gold şirkətinin əsas biznes bölməsinin Baş direktoruna texniki müşavir kimi fəaliyyət göstərmişdir. Stiven kəşfiyyatdan başlayaraq tikinti və istehsala qədər layihələrin idarə olunması üzrə yüksək təcrübəyə malikdir.

O, mineralizasiya üzərində struktur nəzarət mövzusunda fəlsəfə doktoru (PhD), Mineral Kəşfiyyatı və Mədən Geologiyası üzrə magistr (MSc) və Tətbiqi Geologiya üzrə bakalavr (BSc) dərəcələrinə malikdir.

Stiven Sertifikatlı Geoloqdur, Böyük Britaniya Geologiya Cəmiyyətinin Fəxri üzvü, Materiallar, Minerallar və Mədənçilər İnstitutunun Fəxri üzvü, İqtisadi Geoloqlar Cəmiyyətinin Fəxri üzvü və Direktorlar İnstitutunun üzvüdür və Şirkət İdarəçiliyi üzrə Diplom əldə etmişdir.