Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMKLŞ) hesab edir ki, insanlarımızın, ətraf mühitin qayğısına qalmaq bizim fəaliyyətimizin əsas və ayrılmaz hissəsidir.
AİMKLŞ-nin bütün fəaliyyət sahələrində, o cümlədən kəşfiyyat, istismar, istismardan çıxarılma əməliyyatlarında insanların sağlamlığı və təhlükəsizliyinə qarşı risklərin
minimuma salınması, ətraf mühitin qorunması ən başlıca hədəfdir.
Müvafiq olaraq bizim məramımız:
- İşçilərimizin və podratçılarımızın oz fəaliyyətlərini təhlükəsiz, hadisəsiz, zədəsiz və zərərsiz yerinə yetirə biləcəyi iş yerlərini yaratmaq;
- Ətraf mühitə zərəri minimuma endirməklə onu qorumaq;
- Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması məsələlərini bizim fəaliyyət planımıza daxil etmək;
- Öz fəaliyyətimizdə qanunvericiliyin tələblərinə, müəyyən edilmiş qaydalara və beynəlxalq standartlara riayət etmək;
-
Hədəf və tapşırıqları təyin etmək, fəaliyyət dövründə Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi performansının
və risklərin dəyərləndirilməsinin monitorinqini aparmaq, təhlil etmək, mütəmadi inkişaf etdirmək;
-
Müəssisələrimizin və fəaliyyət yerlərimizin yaxınlığında olan icmalarla konstruktiv dialoqlar aparmaq, icmaların təhlükəsizliyi
məsələlərini mütəmadi olaraq tənzimləmək və inkişaf etirməkdir.
AİMKLŞ bu məqsədlərə nail olmaq üçün fəaliyyət sahələrində və layihələrdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin
Mühafizəsi standartlarının tətbiqi sistemini təsis edəcək, hadisələri önləyici tədbirləri, təhlükələrin nəzarətdə saxlanılmasını,
ətraf mühitə minimum zərər verilməsi yönündə fəaliyyət meyarlarını daimi inkişaf etdirəcək, bu hədəflərə çatmaq üçün işçilərin
təlimlərdə iştirak etməsi, peşə vərdişlərinin daha da yüksəldilməsi, peşəkarlığın əldə edilməsi üçün tədbirlər görəcəkdir.
AİMKLŞ-nin bütün fəəliyyət sahələri üzrə menecerləri, rəhbər heyət:
- Əmin olmalıdır ki, işçilər və podratçılar fəaliyyət istiqamətinə müvafiq təlimlərdən keçib, uyğun bilik və bacarıqlara yiyələniblər, tapşırıqları, hədəf və məqsədləri bilirlər;
-
Sağlamlığa və təhlükəsizliyə qarşı minimum riskli mədənləri və digər fəaliyyət sahələrini dizayn etməli,
ətraf mühitin çirklənməsinin qarşısının alınmasını, resurslardan və enerji mənbələrindən planlı və qanunvericiliyə
uyğun istifadə olunmasını diqqətlə yerinə yetirməli, tullantıların azaldılmasına nail olmalıdırlar;
- Təhlükəli maddə və materiallardan istifadəni mümkün qədər minimuma endirməklə yaranan tullantıların effektiv utilizasiyasını mütərəqqi təcrübələrdən yararlanaraq təmin eləməlidirlər;
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi, məsuliyyət və kommunikasiya mədəniyyətinin yaradılması, inkişaf etdirilməsi yönündə davamlı fəaliyyət göstərməlidirlər.
AİMKLŞ-nin və podratçıların bütün fəəliyyət sahələri üzrə əməkdaşları:
- Sağlamlıq və təhlükəsizlik vərdişlərinə uyğun şəkildə işləməli, ətraf mühitin qayğısına qalmalıdırlar;
- Şahidi olduqları hadisələr, bədbəxt hadisələr, təhlükəli təzahürlər və təhlükəli hərəkətlər barəsində rəhbərliyə dərhal və təxirə salmadan məlumat verməlidirlər;
-
Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi standartlarına uyğun işləməli, daimi olaraq Sağlamlıq, Əməyin Təhlükəsizliyi,
Ətraf Mühitin Mühafizəsi vərdiş və mədəniyyətlərini yaxşılaşdırmalı, iş yerlərində yüksək Sağlamlıq, Əməyin Təhlükəsizliyi,
Ətraf Mühitin Mühafizəsi mühiti yaranmasına çalışmalıdırlar.
Bizim əsas məqsədimiz yüksək Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi təcrübə və vərdişlərinə yiyələnmək, yüksək həyat, sağlamlıq, rifah hallarına nail olmaq və ətraf mühiti qorumaqdır!
Sosial dəstək
AİMKL regional infrastrukturun inkişafı layihələri ilə yanaşı, daha çox yerli yardım layihələri təklif edir. AİMKL sağlamlıqlarını yaxşılaşdırmaq üçün köməyə ehtiyacı olan sakinlərin müalicə xərclərini ödəyir. Şirkət hər bayramda aztəminatlı ailələrə 130-dan çox ərzaq qutusu paylayır. Hər il 20-yə yaxın uşaq üçün məktəb ləvazimatları və forma alır. Bundan əlavə, AİMKL sakinlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün tikinti materialları ilə təmin edir. Biz saydıqlarımızdan daha çoxuq, biz cəmiyyətdə müsbət təsir və ümid yaratmağa çalışırıq.