İcma Məlumat Mərkəzi (İMM)

AİMK şirkəti 2009-cu ilin yanvarında Gədəbəy rayonunda yerli icmaya sosial aləmlə tanışlığın və internet bacarıqlarının inkişaf etdirilməsində kömək etmək məqsədilə İcma Məlumat Mərkəzi yaratmışdır. Yenicə təmirdən çıxmış geniş kompüter otağına malik olan Mərkəzə 11 ədəd kompüter verilmişdir. İMM-də bu günə kimi 600-dən çox tələbə üç aylıq kompüter kursları keçmişdir.

2010-cu ilin avqust ayında AİMK şirkəti İREX təşkilatı ilə müqavilə bağlayaraq İcmaya təklif olunan xidmət növlərinin seçimini daha da genişləndirmişdir. Bu xidmətlərin hamısı ödənişsizdir. Təklif olunan xidmətlərin siyahısı:

- Bütün vətəndaşlar üçün internetdən sərbəst istifadə;
- Hüquq sahəsində əhaliyə xidmət göstərmək;
- Sənədlərin çapı, surəti və skanı;
- Təlimlərin keçirilməsi;
- Bir sıra təşkilatlarla əməkdaşlıq;
- Tədris təlimləri

Kompüter təlim kursları 4 qrupda 34 nəfər tələbə üçün keçirilir. Hədəf qrupundan asılı olaraq kurslarda kompüter, internet və e-poçtun əsasları, MS Word və Excel proqramlarının tədrisi, Sosial Media şəbəkələri və araşdırma çalışmaları təqdim olunur.

İMM-nin müdiri həmçinin İREX İMM layihəsinin heyəti üçün təlimdə iştirak etmişdir. 

İMM-nin müdiri 18-19 sentyabr, 2010-cu il tarixdə Azərbaycanda ilk dəfə olaraq Bakı şəhərində keçirilən Sosial Yeniliklər Düşərgəsi (SYD) adlı təlim tədbirində iştirak etmişdir. SYD yeni yolla - ideyalar və rəqəmsal alətləri 48 saat ərzində bir araya gətirməklə, sosial problemlərin həllinə yönəlmiş internet əsaslı yeniliklərin yaradılması məqsədi ilə təşkil edilir. Bu düşərgə dəyişiklik gətirə biləcək və bu müsabiqədə rəqabət apara biləcək potensial “start-up” ideyası üzərində işləmək üçün Bakı və Azərbaycanın bölgələrindən müxtəlif peşə sahibləri olan dizaynerlər, sosial sahibkarlar, veb-developerləri, marketinq, hüquq, reklam, sosial ehtiyaclar üzrə ekspert və digər mütəxəssisləri bir araya gətirir. Düşərgə müsabiqədə qalib gələn ideyanın seçilməsi isə başa çatır və həmin “start-up” ideyası həyata keçirilməyə başlanır. 

Gədəbəy rayonunda İMM-in fəaliyyəti barədə əhalini məlumatlandırmaq üçün aparılan təşviqat proqramı çərçivəsində 1 saylı orta məktəbdə, Gədəbəy rayonu şahmat məktəbində və “Gədəbəy şəhərinin sosial inkişafı” QHT-sinin nümayəndələri, eləcə də Gədəbəy şəhərinin Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman İdarələrinin və Gədəbəy şəhəri İcra Hakimiyyətinin işçilərinə təqdimatlar verilmişdir. 

Bakının işğaldan azad olunmasının 92-ci ildönümünə həsr olunmuş video seminarda tarix müəllimi Məşədi Əlinin çıxışı və Milli musiqi gününə həsr olunmuş tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Fazilə Məmmədovanın nitqi, eləcə də Neft sənayesinin işçiləri və təbii sərvətlərimizlə bağlı maarifləndirici görüş, qəzet jurnalistlərinin təşəbbüsü ilə tələbələr və QHT təmsilçiləri üçün keçirilən “Twitter-Sosial şəbəkə-ondan istifadə” adlı görüşün keçirilməsi yadda qalan hadisələr kimi İMM-in fəaliyyəti tarixinə yazılmışdır.

İREX təşkilatı “Yeni Media və alternativ İctimai Əlaqələr” layihəsi çərçivəsində İMM-də yerli əhalinin 25 nəfərdən ibarət qrupu üçün təlim kursu keçirmişdir. Tədbir iştirakçılarına media məktəblər haqqında və alternativ ictimai əlaqələrdən istifadə yolları barədə təlimat verilmişdir. Layihənin əsas məqsədi vətəndaş cəmiyyətinin fəalçılarına yeni media alətlərindən istifadə etməyi öyrətmək və video bloqların hazırlanması üzrə bacarıqları aşılamaqdır. 

İMM-də Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan şəhərlərinin işğalına həsr olunmuş bir neçə tədbir keçirilmiş, eləcə də Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin 50 illik yubileyi qeyd olunmuş və müqəddəs Ramazan ayında Gədəbəy rayonunun baş ruhanisi hacı Yusif Ağayevin iştirakı ilə bayram tədbiri təşkil edilmişdir.