31 avqust 2010-cu il - Aralıq nəticələr

AİMK şirkəti 30 iyun 2010-cu il tarixində başa çatan altı ayın aralıq nəticələrini məmnuniyyətlə elan edir.

AİMK və RVİG şirkətlərinin sahibi “Anglo Asian Mİninq Plc” şirkəti 30 iyun 2010-cu il tarixində başa çatan altı ayın aralıq nəticələrini məmnuniyyətlə elan edir.

İcmal

  • Vergi ayırmalarından qabaq ilkin mənfəətin həcmi 6.2 mln. ABŞ dolları;
  • Ümumi mənfəətin həcmi 12.3 mln. ABŞ dolları;
  • Gəlirin həcmi 28.4 mln. ABŞ dolları;
  • Gədəbəy qızıl-mis yatağında qızıl hasilatının həcmi rübdən rübə artaraq 30 iyuna olan altı aylıq hasilat həcmi 28493 unsiya qızıl təşkil etmişdir;
  • 2010-cu maliyyə ili üçün qızıl hasilatı üzrə məqsəd 60 min unsiya qızılın hasil edilməsinə qədər qaldırılıb;
  • Bir unsiya qızılın istehsalı üçün istismar xərcləri Azərbaycan Hökumətinin payı da buraya daxil olmaqla orta hesabla 324 ABŞ dolları təşkil etmişdir, Azərbaycan Hökumətinin bir unsiya qızıla görə 30 iyuna olan altı aylıq xalis mənfəəti isə 372 ABŞ dolları təşkil etmişdir;
  • Gədəbəy qızıl-mis istehsalı müəssisəsində mis konsentratının hasilatı başlanmış və cari dövrdə təxminən 79 ton mis və 12 kq qızıl hasil edilmişdir;
  • SGS şirkətinin apardığı nəzarətdən əldə olunan ilk göstəricilər Gədəbəy yatağında, 7 iyun 2010-cu ilədək istehsal edilmiş filiz də nəzərə alınaraq, Ölçülmüş və Kəşf edilmiş kateqoriyalı qızıl ehtiyatlarını 25 faizdən 30 faizədək qaldırmağı təklif edir;
  • Faydalı qazıntı ehtiyatların 6.4 mln. tonu ehtiyatların Ölçülmüş kateqoriyasına qaldırılıb;
  • Azərbaycan Beynəlxalq Bankından götürülmüş kreditlərin qaytarılması prosesi başlanıb;
  • Sahəsi 1962 km2 olan digər qızıl-mis yataqlarında qazıntı-kəşfiyyat işlərinin aparılmasına diqqəti yönəldərək qarşıya Gədəbəy yatağındakı uğurlu əməliyyatların davamı kimi əlavə dağ-mədən əməliyyatlarının inkişaf etdirilməsi məqsədi qoyulub.

 


AİMK şirkətinin prezidenti Reza Vəziri şirkətin inkişaf mərhələsinə dair fikirlərini belə açıqladı: “Bu dövrü şirkətimiz üçün Orta Asiyada qızıl istehsalı üzrə mənfəətli və gəlirli şirkət olaraq transformasiya dövrü adlandırmaq olar. İndiyə qədər Gədəbəy yatağındakı qızıl hasilatı imkanlarımız hər ay davamlı şəkildə yaxşılaşmaqdadır. Eyni zamanda, qızılın qiymətinin dünya bazarlarında əlverişli olması da şirkətin gəlirini artırıb və ümumi balansımızı yaxşılaşdırıb. Mis-gümüş istehsalı qurğularımızla tam həcmli əməliyyatlar apara bilirik və ümid edirik ki, mis və gümüşün satış qiymətləri də 2011-ci maliyyə ili üçün gözlədiyimiz nəticələri əldə etməyimizə kömək edəcək”.

“2011-ci ilə nəzərən, diqqəti, yenə də, aşağı maya dəyəri olan Gədəbəyin mənfəətli qızıl filiz yatağında əldə etdiyimiz uğura yönəldəcəyik. Lakin eyni zamanda, biz Ordubad və Qoşa kontrakt sahələrində də qazıntı-kəşfiyyat işlərini davam etdirməklə şirkətin hasilat profilini qaldırmağa çalışacağıq. Gədəbəy yatağındakı zəngin ehtiyatlara görə mövqeyimizi yaxşılaşdıraraq, eləcə də kəşfiyyat imkanlarının qarşımızda açdığı perspektivə baxaraq, mən inanıram ki, üzümüzə gələn il üçün bizim aydın biznes planımız var və biz səhmdar dəyərini gücləndirəcək əsaslı inkişaf mərhələsinə keçəcəyik.”