3 oktyabr 2010-cu il – üçüncü rübün əməliyyatları

AİMK şirkəti öz flaqmanı Gədəbəy qızıl-mis istehsalı müəssisəsində (Müəssisə) 30 sentyabr 2010-cu il tarixində başa çatan üçüncü rübün nəticələri barədə məmnuniyyətlə məlumat verir.

İcmal

  • Müəssisədə qızıl hasilatının rüblük göstəricisi rekord həddinə çataraq 19214 unsiya qızıl təşkil etmişdir;
  • 30 sentyabr 2010-cu ilədək doqquz aylıq ümumi hasilat 47711 unsiya qızıl təşkil etmişdir;
  • 31 dekabr 2010-cu ilədək 60 min unsiya qızılın hasil edilməsi məqsədinə nail olmaq üçün irəlidə hələ də bir rüb qalır;
  • 2010-cu ilin üçüncü rübündə tərkibində orta hesabla 4.3 q/t qızıl olan 224 min ton quru qızıl filizi kimyəvi məhlulda yuyulmaqla aşındırma prosesindən keçirilmişdi;
  • Müəssisənin sulfidləşdirmə, turşulaşdırma, utilizasiya və qatılaşdırma çənləri hal-hazırda tam gücü ilə işləyir – mis və gümüşün satış qiymətindən əldə olunan gəlirin 2011-ci maliyyə ilinə öz müsbət töhfəsini verəcəyi gözlənilir.

Üçüncü rüb AİMK şirkəti üçün qızıl hasilatı baxımından olduqca uğurlu olmuşdur. Bunun nəticəsində şirkət Azərbaycanda mənfəətli və gəlirli qızıl istehsalçısı kimi öz mövqeyini daha da möhkəm etməyə müvəffəq olmuşdur. Qeyd etmək vacibdir ki, AİMK şirkətinin flaqmanı Gədəbəy qızıl-mis istehsalı müəssisəsindəki səmərəli əməliyyatlar get-gedə daha da yaxşılaşır və şirkət rəhbərliyi inanır ki, bu cür irəliləyiş ona 2010-cu ildə qarşıya qoyulmuş 60 minlik qızıl hasilatı hədəfinə nail olmaqda kömək edəcək. Müəssisənin sulfidləşdirmə, turşulaşdırma, utilizasiya və qatılaşdırma çənləri hal-hazırda tam gücü ilə işləyir və bu, şirkəti gələcəkdə mis və gümüş konsentratların əlavə satışı ilə öz mənfəətliliyini daha da gücləndirəcəyinə inanmağa həvəsləndirir. Belə bir vəziyyət, üstəlik, qızıl hasilatının artımı, qızılın dünya bazarında əlverişli qiyməti və yataqdakı ehtiyatların artmasını da buraya əlavə etsək, şirkəti bu regionda vahid lider mövqeyinə qaldıracaq.

Üçüncü rübün sonu 30 sentyabr 2010-cu il tarixinədək rüblük qızıl hasilatı 19214 unsiya qızıl təşkil etməklə doqquz aylıq müddət ərzində şirkət ümumi hasilatın həcmini 47711 unsiya qızıladək qaldıra bilmişdir. Növbəti rüblər qış aylarına düşdüyü üçün Gədəbəy yatağında qazıntı və hasilat işlərini aparmaqda çətinliklər yarana bilər, lakin bunu, eləcə də Müəssisədə hasilat səmərəliyinin təkmilləşdirilməsini nəzərə alaraq, AİMK-nın idarə heyəti şirkətin 31 dekabr 2010-cu il tarixinədək 60 minlik qızıl hasilatı hədəfinə nail olacağını gözləyir. 2010-cu ilin iyul ayından sentyabr ayınadək müddətdə qızılın dünya bazarındakı qiymətinin düşüb-qalxmasını müşahidə edən AİMK şirkəti üçüncü rübü 1 unsiya qızılın orta hesabla 1229 dollar satış qiyməti ilə başa vura bilmişdir.

Aşağıdakı cədvəl Gədəbəy yatağında qızılın rüblük olaraq artan ümumi hasilatı və qiymətini əks etdirir.

Rübün sonu

Qızıl hasilatı
(Azərbaycan Hökumətinin
payı daxil) (unsiya)

Qızılın orta
hesabla satış
qiyməti (ABŞ dolları)

31 Dec 2009

7,620

1,090

31 Mar 2010

13,661

1,102

30 June 2010

14,836

1,197

30 Sept 2010

19,214

1,229

Emal prosesi baxımından, üçüncü rübdə tərkibində orta hesabla 4.3 q/t qızıl olan 224 min ton quru qızıl filizi kimyəvi məhlulda yuyulmaqla aşındırma prosesindən keçirilmişdi. Ümumilikdə isə, ilin doqquz ayı müddətində AİMK şirkəti tərkibində orta hesabla 4.35 q/t qızıl olan 609 min ton quru qızıl filizini aşındırma prosesindən keçirmişdi.

Cari rüb ərzində şirkət daha bir saxlama çəni quraşdırmaqla Müəssisədə bu cür çənlərin sayını üçə qaldırdı. Saxlama çənləri emal prosesi zamanı məhlulun doymamış və doymuş məhlul çənlərindən axınını təmin edir.

Müəssisəndə yuyulma məhlulunda həll olan mis və gümüşün hasil edilməsi üçün istifadə edilən sulfidləşdirmə, turşulaşdırma, utilizasiya və qatılaşdırma prosesi artıq tam həcmdə həyata keçirilir. Çökdürülmüş mis sulfid konsentratın əlavə məhsulu formasında hasil edilən misin tərkibində eləcə də sənaye dəyəri olan gümüş vardır. Üç ay ərzində 30 sentyabr 2010-cu ilədək AİMK şirkəti tərkibində təxminən 60 ton mis, 510 kq gümüş və 8 kq qızılı olan mis konsentratı hasil etmişdir. Konsentratda rütubət həcmini azaltmaq üçün şirkət 2010-cu ilin dördüncü rübündə yeni filtrlərin tətbiqinə başlayacaq. Hökumət tərəfdaşlarımızla mis və gümüşü ixrac etmək haqqında protokolu imzaladıqdan sonra şirkət dördüncü rüb üçün, eləcə də, mis və gümüşü ilk satışa çıxarmaq niyyətindədir. Bu isə, 2011-ci maliyyə ilinə öz müsbət töhfəsini verəcək.