28 oktyabr 2010-cu il – Gədəbəy yatağının ehtiyatları çoxalır

Yeni ehtiyatlar barədə hesabat verildikdən sonra AİMK şirkətinin Gədəbəydəki qızıl-mis istehsalı müəssisəsində qızıl ehtiyatlarının həcmi artaraq Ölçülmüş və Kəşf edilmiş kateqoriyasında olan qızılın həcmi 704 min unsiya qızıl təşkil etmişdir.

“SGS Canada Incorporated Geostat Group” şirkətinin dağ-mədən sənayesi üzrə məsləhətçiləri AİMK şirkəti adından JORC standartlarına uyğunluğun qiymətləndirilməsi üzrə hesabat tərtib ediblər. Hesabatda 7 iyun 2010-cu ilədək əldə olunmuş məlumatlar öz əksini tapıb. Burada 2006-cı ildə SRK şirkəti tərəfindən hesablanmış qiymətləndirmələrdən fərqli olaraq ehtiyatların böyük artımı qeyd olunur. Həm bu hesabatda, həm də 2006-cı ilin hesabatında bütün kateqoriyalı faydalı qazıntılar üçün tərkibində hədd parametri olaraq 0.3 q/t qızıl istifadə olunur. Yenicə hazırlanmış struktur geologiya məlumatından geoloji model yaradılmışdır və həmin model bu hesabatın əsasını təşkil etmişdir. Ehtiyatların qiymətləndirilməsini işıqlandıran bu hesabat 7 iyun 2010-cu ilədək hasil edilmiş faydalı qazıntılar arasında yalnız filizi, özü də ki, həmin vaxt yuyulma prosesindən keçirilən və ya filiz topasının tərkibində olan filizləri əks etdirmişdir.

AİMK şirkəti məmnuniyyətlə elan etdi ki, artıq hasil edilmiş filizlərə nəzərən təkmilləşdirilmiş ehtiyatlarda olan Ölçülmüş və Kəşf edilmiş kateqoriyalı qızılın ümumi həcmi qalxaraq 31.2 faiz təşkil etmişdir. Ehtiyatların belə bir artımı Gədəbəy yatağının səciyyəvi dəyərini bir daha təsdiqləyir və yataqda qızıl hasilatının çoxalmasını əks etdirən rəqəmlər, eləcə də qızılın dünya bazarındakı əlverişli qiyməti AİMK şirkətinin mövqeyini mənfəətli və gəlirli qızıl istehsalçısı kimi daha möhkəm edəcəyinə zəmin yaradır.


Ehtiyatların qiymətləndirilməsi üzrə SCS 2010 və SRK 2006 Hesabatının müqayisəli cədvəli


SGS Kanada 2010 Gədəbəy
ehtiyatları (hasilat erası)

 

 

Ton

Au

Ag

Cu

Au

Ag

Cu

Kateqoriyalar

milyon

g/t

g/t

%

unsiya
’000

unsiya
’000

Ton

Ölçülmüş

6.4

1.70

16.1

0.28

351

3,328

17,900

Kəşf edilmiş

9.8

1.12

11.1

0.27

353

3,487

26,200

Ölç + Kəşf

16.2

1.35

13.1

0.27

704

6,814

44,100

Ehtimal olunan

2.5

1.09

9.7

0.21

87

783

5,200

 

 

 

 

 

 

 

 

SRK 2006 Gədəbəy ehtiyatları
(hasilatdan qabaq)

 

 

 

 

 

 

 

 

Ton

Au

Ag

Cu

Au

Ag

Cu

Kateqoriyalar

milyon

g/t

g/t

%

unsiya 
’000

unsiya
’000

Ton

Kəşf edilmiş

12.4

1.5

13.0

0.26

598

5,183

32,200

Ehtimal olunan

3.2

1.0

9.1

0.16

103

936

5,100

Cədvəllərdəki rəqəmlər göstəriləndən fərqli olaraq daha böyük dəqiqliklə hesablanmışdır, sonra isə yuvarlaqlaşdırılmışdır. Ümumilikdə 3252 quyu qazılmışdır və əldə olunan nəticələr öz əksini hesabatda tapmışdır: 3076 ədəd “air-rotary” (hava-rotor qurğusu ilə qazılan) hasilat quyusu; 59 ədəd almaz aləti ilə qazılma quyusu; 36 ədəd RC (əksinə dövretmə ilə qazılan) quyusu və 81 ədəd kombinə edilmiş quyu – qazıma işləri RC ilə başlanır və minerallaşdırılmış zonaya çatandan sonra quyunun sonrakı qazıması almaz aləti ilə davam etdirilərək başa çatdırılır. Ümumilikdə çıxıntıların 13895 kimyəvi analizi aparılmışdır.

Əlavə məlumat
SGS şirkəti ehtiyatların yenidən qiymətləndirilməsi üzrə hesabatı hazırlayarkən 2.5x10x10 metrlik bloklarda məsafənin kvadratına əks proporsional qiymətləndirmədən istifadə etmişdir. Filizlərin hər tonundan 0.2 qram qızıl çıxan səviyyədə yaranan növlərin geoloji qabıqlanması həmin növlərin qiymətləndirilməsi üçün istifadə olunurdu. Faydalı qazıntı növlərində qabıqlanma qazılmış quyunun çəpərlərinə paralel olaraq 20 kəsikdə və 10 uzununa düzbucaq kəsiklərdə yaranırdı. Qızıl növlərinin struktur geologiyası və davamlılığının yaranmasında əsas amil kimi faydalı qazıntıların qabıqlanması prosesi çıxış edirdi. Nəticədə dörd mineral zonası müəyyən edilmiş, onlardan ikisi isə iki yarım-zonaya bölünərək ümumilikdə altı yarım-zona təşkil etmişdirlər. Hər yarım-zonadakı filiz növlərini qiymətləndirmək üçün axtarış ellipsoidləri inşa edilmişdir. Təsdiqləmə məqsədi üçün eyni növün qabığından və axtarış ellipsoidlərindən istifadə edərək “ən yaxın qonşu” üsulu ilə də qiymətləndirmə başa çatdırılmışdır. Sporadik yüksək keyfiyyətli kimyəvi analizin təsirini məhdudlaşdırmaq üçün qızıl növləri 30 q/t dərəcəsində tıxacla örtülərək 30 analiz keçirilmişdir.

Blok Modelin Qiymətləndirilməsi üç JORC standart kateqoriyaları ilə göstərilmişdir: Ölçülmüş/Kəşf olunmuş/Ehtimal olunan kateqoriyaların hər biri aşağıdakı meyarlarla müəyyən edilmişdir:

  • Ölçülmüş – tərkib hissənin dəyərindən 15 metr radius məsafəsində;
  • Kəşf edilmiş – tərkib hissənin dəyərindən 15-35 metr radius məsafəsində;
  • Ehtimal olunan – tərkib hissənin dəyərindən 35 metr radius məsafəsindən tutmuş ta yaranmış qabıq dairəsinin sərhədinədək.

228 nümunənin toplanmış histoqram analizindən irəli gələrək xüsusi ağırlıq üçün 2.65 dəyəri istifadə edilmişdir.

Bu yataqdakı ehtiyatlar barədə yığılan yenilənmiş məlumat SGS şirkətinin baş geoloqu və JORC standartları üzrə mütəxəssis D. Cukor və P. Geo tərəfindən nəzərdən keçirilmiş, sonra da imzalanmışdır.

Yataqdakı ehtiyatlar barədə qiymətləndirmə hesabatı 13 aprel 2010-cu il tarixində buraxılmış Press Relizdən sonra AİMK şirkəti adından hazırlanmış “1-ci Mərhələ - Realistik Mineral Ehtiyatları Modelinin” (1-ci Mərhələ - Əsas Müddəalar) ilkin nəticələri elan edilmişdir. Əvvəlki qiymətləndirmə hesabatı ümumilikdə 544 ədəd qazıma quyularına əsaslanmış və 1-ci Mərhələ - Əsas Müddəalar bölməsinə daxil edilmişdir: 262 ədəd “air-rotary” (hava-rotor qurğusu ilə qazılan) hasilat quyusu; 29 ədəd almaz aləti ilə qazılma quyusu (DDH); 34 ədəd RC (əksinə dövretmə ilə qazılan) quyusu və 78 ədəd kombinə edilmiş quyu – qazıma işləri RC ilə başlanır və minerallaşdırılmış zonaya çatandan sonra quyunun sonrakı qazıması almaz aləti ilə davam etdirilərək başa çatdırılır. Əsas Müddəalar adı altında gedən 1-ci Mərhələdə də (bu, JORC standartlarına uyğunluq barədə hesabat deyil) qızıl, gümüş və mis filizlərinin ümumi kəmiyyətinin böyük artımı qeyd olunur. Lakin, SRK hesabatı kimi SGS şirkəti tərəfindən işlənib hazırlanmış Əsas Müddəalar özündə 7 iyun 2010-cu il tarixindən sonra çatımlı olmuş struktur geologiya və ya əlavə qazıma quyuları (2708 qazıma quyusu) haqqında məlumatı əks etdirmir. Bu məlumatın daxil edilməsi geoloji modelin interpretasiyasını olduqca yaxşılaşdırmışdır.