Ordubad

Kəşfiyyat

Sahəsi 462 km2 olan Ordubad kontrakt sahəsi Naxçıvan Muxtar Respublikasında yerləşir və 5 km radiusunda cəmləşən Şəkərdərə, Piyazbaşı, Mişdağ, Ağyurd, Şəlalə, Diaxçay kimi bir sıra yataqlardan ibarətdir. Bu kontrakt sahənin iki yatağında, Piyazbaşı və Ağyurdda uzaqdan müəyyən etmə üsulu ilə yer təkinin geoloji öyrənilməsi, mədən dəhlizinin açılması və buradan götürülən filiz nümunələrinin tədqiqi, Dəstə Başı bölgəsində isə xəndəklərin qazılması və filiz nümunələrin götürülməsi kimi geoloji-kəşfiyyat işləri aparılır.