Qoşa

Kəşfiyyat

Qoşa yatağında yeni ehtiyatların aşkar edilməsi və şirkətin Gədəbəydəki uğurun davamı olaraq yeraltı dağ-mədən əməliyyatlarına keçid istiqamətində geoloji-kəşfiyyat işləri aparılır. 2011-ci ilin aprelində Azərbaycan Hökuməti tərəfindən Qoşa kontrakt sahəsində kəşf haqqında bildiriş qəbul edilmişdir. AİMK şirkəti inanır ki, Qoşa kontrakt sahəsində 13 zonadan ən azı biri kəşf edilərək orada dar damar tipli yeraltı filiz mədənin qurulub istismarına başlanması üçün böyük potensial var. Sahəsi 300 km2 olan Qoşa kontrakt sahəsi Gədəbəydən 50 km şimal-qərbdə yerləşir və ən azı doqquz minerallaşdırılmış zonadan ibarətdir.

Qoşa yatağında hələ Sovet dövründən qalmış 6 km-dən çox məsafəsi olan mədən dəhlizləri yer alır, ən zəngin minerallaşdırılmış zonanın dəhlizində isə damar tipli perspektiv qızıl filiz yatağı vardır. Keçmiş Sovet tədqiqatlarına əsasən təxminən 3.2 ton qızıl filiz ehtiyatları olan bu zona ilə yanaşı burada bir neçə digər damar tipli mineral zonalar da mövcuddur. Ümumilikdə isə, yenə də, həmin tədqiqatlara istinadən, demək olar ki, Qoşa yatağında filizlərin hər tonunda orta hesabla 1.4 qram qızıl olduğunu nəzərə alaraq kəşf edilmiş və ehtimal olunan kateqoriyalı qızıl filizin 8 ton ehtiyatı vardır.