Gədəbəy

Hasilat

Gədəbəy qızıl-mis istehsalı müəssisəsində kimyəvi məhlulda yuyulmaqla həll olunan mis və gümüşün hasil edilməsi üçün sulfidləşdirmə, turşulaşdırma, utilizasiya və qatılaşdırma çənlərindən istifadə edilir. Çökdürülmüş mis sulfid konsentratın əlavə məhsulu formasında hasil edilən misin tərkibində eləcə də sənaye dəyəri olan gümüş vardır. Zavod ildə 1800 ton mis konsentratı hasil etmək potensialına malikdir. Lakin hasilatın həcmi filizin mineraloji xüsusiyyətlərindən və emal prosesinin səmərəliyindən asılı olacaq. 2010-cu ildə şirkət 182.5 ton mis, 1460 kiloqram (46940 unsiya) gümüş və 25.9 kiloqram (833 unsiya) qızıldan ibarət mis konsentratı hasil etmişdir. 2011-ci il üçün isə şirkət qarşısına 525 ton misin hasil edilməsi məqsədini qoymuşdur. (Gədəbəy emal zavodunda rüblük mis/gümüş/qızılın ümumi hasilatına dair göstəricilər Cədvəl 2-də təqdim olunmuşdur). 

Quruluşuna görə Gədəbəy yatağı ilkin mərhələdə açıq havada aparılan dağ-mədən işləri qaydasında istismar edilib. Lakin, yataqda geoloji-kəşfiyyat işlərinin aparılması nəticəsində dərin qatlarda filiz ehtiyatlarının bolluğu aşkar edilərsə şirkət uzunmüddətli layihə çərçivəsində növbəti mərhələ olaraq mövcud tarixi infrastruktur və mədən dəhlizlərindən istifadə edərək yeraltı dağ-mədən əməliyyatlarına da keçə bilər. 

AİMK şirkəti əsas diqqətini Gədəbəy yatağındakı emal imkanlarının təkmilləşdirilməsinə yönəltməklə qarşısına 2011-ci hasilat ili üçün ən azı 60 min unsiya qızıl istehsal etmək məqsədini qoyur. Uzunmüddətli məqsədlərə gəldikdə isə AİMK şirkəti 2015-ci ilədək Gədəbəy yatağından 300 min unsiyadan çox qızıl hasil etməyi planlaşdırır. 

31 dekabr 2010-cu il üçün şirkətin Gədəbəy yatağından illik qızıl hasilatının həcmi gözlədiyindən (60 min unsiyadan) artıq olaraq 67.267 min unsiya təşkil etmişdir. Bir unsiya qızılın istehsalı üçün istismar xərcləri isə Azərbaycan Hökumətinin payı da buraya daxil olmaqla orta hesabla 358 ABŞ dolları təşkil etmişdir. Azərbaycan hökumətinin bir unsiya qızıla görə xalis gəliri 412 ABŞ dolları təşkil etmişdir. Bu isə Gədəbəy yatağını digərlərinə nisbətən məhsulun maya dəyəri aşağı olan istehsalçı mövqeyinə qaldırır. 

Mədəndə növbəti hasilat işlərinə bu səfər “Anglo Asian” şirkəti 2008-ci ildə açıq dağ-mədənin inşası və qızıl, mis və gümüşün alınması üçün «hipliç» sistemi kimi tanınan filiz toplusunun adi qaydada yuyulması və emalında işlənən qurğu və avadanlığın tətbiq ilə başladı. Apardığı əməliyyatlar nəticəsində şirkət ilk qızılı 2009-cu ildə hasil etdi, bununla da Azərbaycanın müasir dövrdə ilk qızıl-mis istehsalçısı adını qazanmış oldu. O vaxtdan başlayaraq bu şirkətin hasilatı davamlı şəkildə artmaqda, yatağın səmərəliyi isə getdikcə təkmilləşməkdədir. (Gədəbəy yatağında qızılın ümumi hasilatı Cədvəl 1-də göstərilib).

Təqdim olunmuş hesabata əsasən, Gədəbəy yatağında dağ-mədən işlərinə hələ 2000 il bundan qabaq başlanmışdır. Dövrümüzə daha yaxın olan tarixə müraciət etsək görürük ki, 1849-cu ildə Mexor Qardaşları tərəfindən yataqda yeni mədən işləri başlanmış və Almaniyanın “Siemens Bros” şirkəti tərəfindən həmin işlər davam etdirilərək Gədəbəydə mis filiz yatağının işlənməsi və hasilatı həyata keçirilmişdir. 1849 və 1917-ci illər arasındakı dövr ərzində ən azı beş iri (100 min tondan çox) və bir sıra nisbətən kiçik sulfid filiz kütlələri yataqlarında hasilat işləri aparılmışdır. Rusiya inqilabının başlanması ilə əlaqədar olaraq 1917-ci ildə yataqlarda hasilat dayandırılmışdır. 

AİMK şirkəti 26 fevral 2007-ci il tarixindən etibarən ən azı 15 il müddətində Azərbaycan Respublikasının sayca ikinci ən iri şəhəri olan Gəncə şəhərindən 55 km aralıqda yerləşən 300 km2-lik Gədəbəy kontrakt sahəsində dağ-mədən qazıntıları və kəşfiyyat işlərinin aparılması hüququna malikdir. Həmin sahədə Azərbaycanın istismara verilmiş ilk qızıl filiz yatağı yerləşməklə yanaşı bir sıra kəşfiyyat quyuqazma işləri də aparılmaqdadır. Hal-hazırda buradan JORC standartına uyğun olaraq bütün kateqoriyalı faydalı qazıntılar ehtiyatının miqdarı aşağıdakı qaydada müəyyənləşib: 791 min unsiya qızıl; 49.3 min ton mis və 7,597 mln. unsiya gümüş..

Cədvəl 1: Gədəbəy yatağında qızılın ümumi hasilatı

Rübün sonu
Qızıl hasilatı
(Azərbaycan Hökumətinin payı daxil olmaqla)
(unsiya)
Qızılın orta
satış qiyməti
(ABŞ dolları)
30 sentyabr 2010 19,214 1,229
31 dekabr 2010 19,555 1,371
31 mart 2011 14,028 1,385
30 iyun 2011 14,582 1,506
30 sentyabr 2011 13,166 1,704


Cədvəl 2: Gədəbəy emal zavodunda rüblük mis/gümüş/qızılın ümumi hasilatı

Mis
konsentratın
hasilatı
(ton)
Mis
hasilatı
(ton)
Gümüş
hasilatı
(kg)
Qızıl
hasilatı
(kg)
Rübün sonu 30 sentyabr 2010 110 81 648 10.9
Rübün sonu 31 dekabr 2010 86 48 380 6.8
İllik hasilat 31 dekabr 2010 316 183 1,460 25.9
Rübün sonu 31 mart 2010 175 104 762 2.3
Rübün sonu 30 iyun 2011 258 157 816 1.52
Rübün sonu 30 sentyabr 2011 290 179 1,409 0.9

 

Kəşfiyyat

Ehtiyatların inkişaf proqramının 2-ci mərhələsi başlanıb və, əsas diqqət burada mövcud olan kəşfiyyat quyusunun sərhədlərinə yönəldilərək, JORC standartlarına uyğunluğun daha da yaxşı təmin edilməsi və mədənin planlama məqsədləri üçün dəyərli məlumatın əldə olunması tapşırığı üzərində iş aparılır. Gədəbəy yatağında JORC standartına uyğun olaraq bütün kateqoriyalı faydalı qazıntılar üçün tərkibində hədd parametri 0.3 q/t qızıl olan filiz ehtiyatlarının miqdarı aşağıdakı qaydada müəyyənləşib: 791 min unsiya qızıl; 49.3 min ton mis və 7597 mln. unsiya gümüş.

AİMK şirkəti Gədəbəy yatağındakı faydalı qazıntıların artırılması, ehtiyatların sübut olunması və nəticədə 2015-ci ilədək 300 min unsiyadan çox qızılın hasil edilməsi planlaşdırılan Gədəbəy yatağının istismar müddətinin uzadılması üçün müəyyən kəşfiyyat strategiyasını icra edib.