HPBS (Hasilatın Pay Bölgüsü sazişi)

Şirkət dövriyyə vergisindən azad olaraq yalnız 32 faiz gəlir vergisi ödəməlidir, lakin itkilər olduğu halda məsrəflərin ödənilməsi növbəti hesab dövrünə də qeyri-müəyyən vaxta qədər köçürülə bilər. Əsas fondlar və daşınan əmlak üzrə amortizasiya ayırmaları bu aktivlərin cari qiyməti balansının 25 faizini təşkil edir. Buraya ikiqat vergiqoymanın aradan qaldırılması haqqında sazişlərin qüvvədə olması da daxildir.

HPB sazişinə əsasən AİMK şirkətinin valyuta mübadiləsi əməliyyatlarına məhdudiyyətlər qoyulmur və şirkət bütün idxal-ixrac fəaliyyətində vergilərdən və ya rüsumlardan azad hesab olunur. Bundan başqa, ETSN öz növbəsində səylərindən əsirgəməyərək bütün lazımi torpaq sahələrini, nəzdində olan bina və avadanlıqlarını şirkətin fəaliyyətində istifadə etmək üçün şərait yaradacaq və infrastrukturu ilə ona dəstək olmağa çalışacaq. 

Kontrakt sahələrdəki əməliyyatları HPB sazişinin tərəfdaşı və AİMK şirkətinin birbaşa sahibi olan RVİG şirkəti maliyyələşdirir, ETSN isə şirkətin müəyyən ödənişlər və məsrəflərindən sonra öz payına düşən hissəsini alacaq. Mineral ehtiyatların satışından əldə olunan gəlirin maksimum 75 faizini şirkət bütün istismar xərcləri, güman edilən faiz dərəcələri və kapital xərclərin ödənilməsinə yönəldəcək. Bundan sonra qalan gəlirin 51 faizi ETSN-ə, 49 faizi isə RVİG şirkətinə çatacaq. 

Yataqların işlənməsi və hasilat dövrü şirkət kəşf haqqında bildirişi təqdim etdiyi tarixdən etibarən başlanır və 15 il müddətini ehtiva edir. Şirkət bu dövrü iki dəfə beş illik müddətlə uzatmaq hüququnu öz ixtiyarında saxlayır. Kontrakt sahələrində yataqların tam idarə olunmasına rəhbərliyi AİMK şirkəti edir. 

AİMK şirkəti ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında imzalanmış HPB sazişinə görə şirkət kontrakt sahələri kimi tanınan lisenziyalaşdırılmış ərazilərdə hasilat işlərini müəyyən dövr ərzində aparmaq hüququna malikdir. HPB sazişinə müvafiq olaraq Kontrakt sahələrdə perspektiv filiz yataqlarının qiymətləndirilməsi üçün aparılan erkən geoloji-kəşfiyyat işlərinin müddəti uzadıla bilər. 

HPB sazişi gəlir bölgüsü üzrə bir müqavilə sənədidir. O, beynəlxalq neft şirkətlərinin sarmayası və geoloji-kəşfiyyat tədbirləri nəticəsində aşkar edilən neft ehtiyatlarından ölkənin faydalanmasını təmin etmək məqsədilə yaradılmış Azərbaycan Respublikasının neft müqavilələri sistemi əsasında tərtib olunub. “Exxon Mobil” və BP kimi iri şirkətlərin qoşulduğu bu məşhur müqaviləyə əsasən təbii sərvətin hasilatından əldə olunan mənfəət bütün tərəflər arasında bölünür.