Tarix

Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq nəticəsində Gədəbəy yatağının sürətlə işlənməsinə nail olmuş AİMK şirkətinin idarə heyəti qarşısına Orta Asiya və Cənubi Qafqaz regionunda orta-layın qızıl filizləri və adi metalların hasilatı ilə məşğul olacaq bir şirkətin yaradılması məqsədini qoyur.

O vaxtdan etibarən AİMK şirkəti yataqların kəşfiyyatı və işlənməsi üzrə bir sıra tədbirlər həyata keçirməklə əsas diqqəti fəaliyyət göstərdiyi sahə üzrə mövcud məlumatın təqdim edilməsi, yeni filiz kütlələrin aşkar edilməsi, Filiz ehtiyatları üzrə birgə komitənin (JORC) uyğunluq standartlarının yaradılması və 2009-cu ilin may ayından hasilata başlamış Gədəbəy qızıl-mis açıq dağ-mədəninin işlənməsinə yönəltmişdir. Gədəbəy yatağının istismarından əldə olunan maliyyə axını həmin mədənin istismar müddətini uzatmaq üçün əlavə resursların təmin edilməsinə və həm qızıl, həm də mis filizi üzrə perspektivli olan Ordubad və Qoşa kontrakt sahələrinin prioritet qaydasında işlənməsinə yönəldiləcək. 

“Anglo Asian Mining PLC” şirkətinin törəmə şirkəti olaraq AİMK Sovet dövründə perspektiv qızıl-mis yataqları kimi müəyyən edilmiş Azərbaycanın müəyyən yataqlarının əsasən kəşfiyyatı ilə məşğul olmaq məqsədilə yaradılmışdır. Hərtərəfli təhlilin davamı olaraq qeyd olunmuş kontrakt sahələri üzrə Azərbaycan Hökuməti ilə 30 il müddətinə hasilatın pay bölgüsü haqqında sazış imzalanmışdır.

Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMK) Azərbaycanda qızıl hasilatı sahəsində fəaliyyət göstərən şirkətdir. AİMK Azərbaycan Höküməti ilə “RV Investment Group Services” (RVİG) şirkəti arasında 1997-ci ildə imzalanmış Gədəbəy, Qoşa, Ordubad qrupu (Şəkərdərə, Mişdağ, Ağyurd, Piyazbaşı, Diaxçay), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazışə müvafiq olaraq 1998-ci ildə təsis edilmişdir. Şirkət artıq Gədəbəy kontrakt sahəsində qızıl hasilatı üzrə əməliyyatlar aparır, Qoşa və Ordubad kontrakt sahələrində isə kəşfiyyat işləri ilə məşğuldur. Söyüdlü, Qızılbulaq və Vejnəli kontrakt sahələri hal-hazırda Ermənistanın işğalı altında olan ərazilərdə yerləşir. Siyasi gündəm əlverişli olan kimi bu sahələrdə də qızıl filiz yataqlarının işlənməsi prosesi başlanacaqdır. Gədəbəy kontrakt sahəsi ümumilikdə 300 km2 əhatə edən doqquz yataqdan ibarətdir. Digər 300 km2 sahəni əhatə edən Qoşa kontrakt sahəsinin isə üç perspektiv qızıl filiz yatağı vardır, bunlar Qoşa, İtqırılan və Munduğlu yataqlarıdır. Sahəsi 462 km2 olan Ordubad kontrakt sahəsi Naxçıvan Muxtar Respublikasında yerləşir. Kontrakt sahələrin hasilat və kəşfiyyat resursları üzrə Azərbaycanda ümumi sahəsi 1962 km2 təşkil edir.